Rusiyalı milyarderlərin sərvəti - SİYAHI

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti 65,63 mlrd. ABŞ dolları artıb. "Novatek"in sahiblərindən biri olan Leonid Mixelson (sərvəti 8,58 mlrd. dollar artaraq 33,3 mlrd. dollara çatıb) hesabat dövründə ən çox varlanan milyarder olub.

İndex.az xəbər verir ki, bu barədə RİA "Novosti" "Bloomberg Billionaires Index" reytinqinə əsasən xəbər verir.

Reytinq liderləri:

"Novatek"in ortaq sahibi Leonid Mixelson (+8,58 mlrd. dollar – 33,3 mlrd. dollardək);

"Nornikel" şirkətinin ortaq sahibi Vladimir Potanin (+1,76 mlrd. dollar – 31,8 mlrd. dollaradək);

"Severstal"ın əsas sahibi Aleksey Mordaşov (+5,76 mlrd. dollar – 28,8 mlrd. dollaradək);

NLMK-nln benefisiarı Vladimir Lisin (+4,7 mlrd. dollar – 28,8 mlrd. dollaradək);

"Lukoil"ın ortaq sahibi Vahid Ələkbərov (+7,25 mlrd. dollar – 24,5 mlrd. dollaradək);

"Novatek" və "Sibur"un ortaq sahibi Gennadi Timçenko (+6,67 mlrd. dollar – 23,3 mlrd. dollaradək);

"Metalloinvest" və "MegaFon"un səhmdarı Əlişir Usmanov (+644 mln. dollar – 21,8 mlrd. dollaradək);

"Evraz"ın səhmdarı Roman Abramoviç (+440 mln. dollar – 18,19 mlrd. dollaradək);

"Renova"nın əsas sahibi Viktor Vekselberq (+2,42 mlrd. dollar – 18,5 mlrd. dollaradək).

Qeyd edək ki avqust ayında tərtib edilmiş reytinqdə sərvət artımına görə lider "Severstal"ın əsas sahibi Aleksey Mordaşov idi. Həmin ana onun sərvəti 6,14 mlrd. dollar artaraq 29,2 mlrd. dollara çatmışdı.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT