“Audi” yeni “A8” sedanını təqdim edib – FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Audi” yeni “A8 L Horch” sedanını təqdim edib. Verilən məlumata görə, flaqman avtomobilin satışı premyeradan dərhal sonra, hələki yalnız Çin bazarında başlayacaq.


İndex.az xəbər verir ki, avtomobilin uzunluğu 5450 mm-dir (yeni “Maybach” bir qədər uzundur – 5469 mm). Sedanın kapotu altında 8 pilləli “avtomat” və tam örtücülü transmissiya ilə tandemdə işləyən 340 at gücünə malik 3.0 litrlik “V6” turbomühərrik yerləşdirilib.

“A8 L Horch” modelinin interyeri də maksimum dərəcədə komfortludur: ventilyasiya, istilik və masaj funksiyası olan oturacaqlar, sensorlu ekranlı konsol və arxa sərnişinlər üçün stəkan qoymaq yeri. Qeyd edək ki, avtomobilin salonu təbii dəri və ağacla işlənib.

Yeni sedan Almaniyada istehsal olunacaq, lakin satışlar hələki yalnız Çin bazarında başlayacaq – bu, “Audi” üçün prioritetdir, çünki “A8”lərin 60%-dən çoxu Çində satılır. Avtomobilin gələcəkdə Avropa bazarına da çıxması istisna edilmir.







Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT