“Bank of Baku”nun idarə heyətinə - TƏYİNAT

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Bank of Baku” ASC-nin (BoB) səhmdarlarının qərarı ilə bankın İdarə Heyətinə yeni üzv seçildi.

İndex.az xəbər verir ki, bu, Fuad Muradəliyev Fikrət oğludur.

F.Muradəliyev 2013-cü ilin noyabrından “Bank of Baku” ASC-nin maliyyə analitiki kimi başlamış, 2017-ci ilin mayında “Gilan Holding” MMC-yə transfer olmuşdu. Holdinqdə maliyyə sahəsində maliyyə menecerinin köməkçisi kimi çalışmış və 2019-cu ilin fevralında yenidən “Bank of Baku” komandasına dönməklə, Maliyyə departamentinin direktorunun müavini kimi fəaliyyətə başlamışdı. 2019-cu ilin iyulundan isə “Bank of Baku” ASC-nin Maliyyə departamentinin direktoru kimi çalışır.

Qeyd edək ki, BoB-un İdarə Heyətinin üzvlərindən biri olan Əli İbrahimov Qəməddin oğlu iki ay öncə – sentyabr ayında istefa vermişdi.

Maliyyə nəticələrini hər rübdə yaxşılaşdıran bu bankın sədri Türkiyə vətəndaşı olan Yonus Filiz Emre Ali-dir. Yunuz Filiz, 2021-ci ilin mayından Bank of Baku-ya sədrlik edir. Bankın İdarə Heyətində digər üzv isə Həsən Quliyev Cəfər oğludur.

“Bank of Baku” ASC 1994-cü ildən fəaliyyət göstərir və onun nizamnamə kapitalı 52.9 milyon manatdır. 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə və 5%-i Elçin İsayevə məxsusdur.





Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT