Neftimizin orta qiyməti bu həftə 0,7% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Həftə ərzində (25-29 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 87,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,63 dollar və ya 0,73% çoxdur.

İndex.az xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 88,19 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 85,78 dollar səviyyəsində olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT