Almatı-Bakı aviareysi üzrə uçuşlara başlanılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabrın 7-dən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlara başlayır.

İndex.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, uçuşlar cümə axşamı və bazar günləri həyata keçiriləcək. Qiymətlər 400 ABŞ dollardan başlayır.

Qeyd edək ki, Qazaxıstana 2020-ci ilin mart ayından etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı səbəbindən uçuşlar dayandırılmışdı. Belə ki, Almatı, Aktau və Nur-Sultan istiqamətində uçuşlar həyata keçirilirdi.

O vaxtadək Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT