Kənd təsərrüfatı məhsullarının istehsalı 5% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Cari ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 342,1 milyon manat təşkil edib.

İndex.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, onun da 3 milyard 352,7 milyon manatı heyvandarlıq, 3 milyard 989,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artım olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT