Azərbaycanın 16 şirkətinə Rusiyaya ixrac üçün icazə verilib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu il noyabrın 1-dən Azərbaycan şirkətlərinin Rusiyaya pomidor ixrac etməsinə icazə verib.

İndex.az "Rosselxoznadzor"a istinadən xəbər verir ki, qurumun dərc etdiyi siyahıda 16 şirkətin adı var.

Həmin şirkətləri təqdim edirik.

“Caspian Agro AZ” MMC (Abşeron rayonu), Ələskərov Murad İlqar oğlu (Bakı şəhəri, Xəzər rayonu), “Baku agro AZ” MMC (Bakı şəhəri, Səbail rayonu), “Zirə Agro Orqanik” MMC (Bakı şəhəri, Nəsimi rayonu), Rəhmanov Fuad Qurban oğlu (Bakı şəhəri, Xətai rayonu), “Bizim Aqro” MMC (Bakı şəhəri, Nərimanov rayonu), “Elba Agro 003” (Bakı şəhəri, Nəsimi rayonu), “Can Aqro” MMC (Bakı şəhəri, Nərimanov rayonu), Qasımov Bəhruz Ağahüseyn oğlu (Bərdə şəhəri), Şəfiyev Nofəl Göyüş oğlu (Biləsuvar rayonu), “Teodoro” MMC (Hacıqabul rayonu), “Asad Aqro” (Kürdəmir rayonu), Hüseynov Sərxan Fərasət oğlu (Bakı şəhəri, Xəzər rayonu), “Qrovv Qroup Azerbaijan” MMC (Bakı şəhəri, Xətai rayonu), “Təbi” MMC (Kürdəmir rayonu), “Bağırov” MMC (Kürdəmir rayonu).

Qeyd edək ki, dəmiryolu vaqonları ilə Azərbaycandan Rusiyaya alma və pomidor tədarükünə verilən icazənin 2022-ci il aprelin 1-nə qədər uzadılmasına qərar verilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT