Polietilen və polipropilenin ixracından əldə edilən gəlirlər kəskin artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 86,9 mln. ABŞ dolları dəyərində ilkin formatlı polipropilen ixrac edib, bu da illik müqayisədə 63,7% çoxdur.

İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir ki, 2020-ci ilin eyni aylarında dəyərində ilkin formatlı polipropilen ixracının ümumi dəyəri 53,1 mln. dollar təşkil edib.

Məlumata görə, hesabat dövründə Azərbaycan 50,4 mln. dollar dəyərində ilkin formatlı polietilen ixrac edib ki, bu da ötən ilin mevafiq göstəricisi ilə müqayisədə 75,6% çoxdur.

Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyərində ilkin formatlı polietilen ixracının ümumi dəyəri 28,7 mln. dollar təşkil edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT