Bakıya gətirilmiş yeni avtobuslar xəttə buraxılacaq - RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakıya gətirilmiş doqquz metrlik avtobuslar xəttə buraxılacaq”.

İndex.az xəbər verir ki, bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O bildirib ki, bu gün Bakıda doqquz metrlik avtobuslar var:

“Həmin avtobuslar 2019-cu il üçün alınması nəzərdə tutulan 135 ədəd avtobusdan bir qismidir. 135 avtobusun hamısı Bakıya gətirilib. Doqquz metrlik avtobuslardan bəzilərinin bir neçə qəsəbədə testi də keçirilib.

Bir neçə texniki məsələlər həll edildikdən sonra, Bakıda olan doqquz metrlik avtobuslar xəttə buraxılacaq.

Bakıətrafı kənd və qəsəbələr istiqamətində intensiv iş aparılır ki, həmin avtobuslar qısa zamanda sərnişinlərin ixtiyarına verilsin”.

O qeyd edib ki, doqquz metrlik avtobusların gətirilməsi Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımalarının vəziyyətini yaxşılaşdırılmasına çox böyük dəstək olacaq:

“Doqquz metrlik avtobusların alınmasında ən başlıca məqsəd Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişin daşımaları yaxşılaşdırmaqdır. Həmin avtobusların - Binəqədi, Maştağa, Ramana, Zabrat kimi ətraf kənd və qəsəbələrin daxilində olan yollarda manevr etmək imkanı daha genişdir. 12 metrilik avtobusları isə biz bir neçə dəfə test etmişik.

Həmin avtobusların Bakıətrafı kənd və qəsəbələrin bir çoxunda hərəkət etmək imkanları məhduddur. Amma doqquz metrlik avtobusların çox rahat şəkildə manevr etmək imkanı var”.


ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT