Nijni Novqorod Azərbaycana ixracını 68% artırıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Artıq bir neçə ildir ki, Azərbaycan ölkələrin ixrac perspektivləri üzrə reytinqdə TOP-5-ə daxil olur və Nijni Novqorod istehsalı olan malların Azərbaycana tədarükü durmadan artır".

İndex.az "Nijeqorodskaya Pravda" qəzetinə istinadən xəbər verir ki, bunu Nijni Novqorod vilayətinin İxracın İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən beynəlxalq biznes missiyası çərçivəsində Nijni Novqorod vilayətinin sənaye, ticarət və sahibkarlıq naziri Maksim Çerkasov deyib.

Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində bölgənin qeyri-xammal qeyri-enerji ixracı 70%-dən çox artaraq 32 mln. ABŞ dollarını ötüb.

"Bu göstəriciyə görə vilayətimiz Rusiya Federasiyasının bölgələri arasında yeddinci yeri tutub. Biz Azərbaycana əsasən faner, polad, buğda, dərman vasitələri, yük maşınları, PVC və qab-qacaq tədarük edirik", - deyə M. Çerkasov qeyd edib.

İşgüzar missiya zamanı Nijni Novqorod müəssisələrinin və Azərbaycanın 30-dan çox şirkətinin nümayəndələri arasında ikitərəfli işgüzar danışıqları təşkil olunub.

Bildirilib ki, 2021-ci ilin yeddi ayında Nijni Novqorod vilayətinin Azərbaycana ixracı ötən illə müqayisədə 68,3% artaraq 32,9 mln. dollara çatıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT