Gürcüstanın ÜDM-u 11,3% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda ÜDM-nin həcmi illik ifadədə 11,3% artıb.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, cari ilin III rübündə Gürcüstan iqtisadiyyatı illik müqayisədə 9%, ö cümlədən sentyabr ayında illik ifadədə 6,9% böyüyüb. Avqust və iyulda ÜDM-nin artım tempi müvafiq olaraq 9,9% və 10,3% təşkil edib.

"Ötən ay 2020-ci ilin sentyabr ayı ilə müqayisədə maliyyə və sığorta, nəqliyyat və anbar təsərrüfatı, emal sənayesi, elektrik enerjisi, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, incəsənət, əyləncə və istirahət sahələrində, həmçinin daşınmaz əmlakla bağlı əməliyyatlarda artım qeydə alınıb. Azalma tendensiyası tikinti sektorunda olub", - məlumatda deyilir.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu il Gürcüstanda ÜDM-nin 7,7%, Dünya Bankın – 8%, Avropa Yenidənqurma və İnkişaf Bankı – 4,5%, Asiya İnkişaf Bankı isə 8,5% artacağını proqnozlaşdırır.

Qeyd edək ki, Gürcüstanın ÜDM-i 2019-cu ildə 5% artdıqdan sonra ötən il 6,2% azalıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT