Avropada qazın qiyməti 850 dollardan aşağı enib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarından aşağı düşüb.

İndex.az xəbər verir ki, məlumata görə, 29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 9% azalaraq 844,9 dollar təşkil edib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT