Hakerlər 1 milyard dollarlıq kriptovalyuta oğurlayıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin III rübündə dünyadakı kibercinayətkarlar 1,1 milyard ABŞ dolları dəyərində kriptovalyuta oğurlayıb.

Index.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Atlas VPN” - informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatında bildirilir.

Məlumata görə, ən çox ziyan “Ethereum” ekosisteminə dəyib. Təhlil edilən dövr ərzində 20 hücum nəticəsində 800 milyon dollardan çox itki olub. Hakerlər həmçinin kriptovalyuta birjalarına 5 iri miqyaslı hücum təşkil edib. Nəticədə sonuncular 114 milyon dollar itiriblər. Kiçik ekosistemlərə hücüm və müxtəlif dələduzluq sxemləri nəticəsində 193 milyon dollar oğurlanıb.

“Atlas VPN”nin hesablamalarına görə, ötən il isə 122 hücüm nəticəsində 3,8 milyard dollarlıq kriptovalyuta oğurlanıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT