Sədr: "750 şirkət “Yaşıl dəhliz” sisteminə qoşulub"

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

750 şirkət artıq “Yaşıl dəhliz” sisteminə qoşulub və onlar ümumi ixracın 30%-nə yaxınını, idxalın isə 41%-ni təşkil edirlər.

İndex.az xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzv şirkətləri üçün növbəti AHK İmpuls tədbirində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri “Yaşıl dəhliz” sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.

YENİ GÖMRÜK MƏCƏLLƏSİ HAZIRLANIB

Mehdiyev, rəqabətədayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün yeni gömrük məcəlləsinin hazırlandığını və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT