Sabah yağış yağacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

İndex.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT