Ölkədə inflyasiya tempi yüksəlib - RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda təzyiqlərin qalması əsasında verilib”.

İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, dünya bazarlarında qiymətlərin artması, ticarət tərəfdaşlığı olan ölkələrdə yüksək inflyasiya gözləntilərinin olması və inflyasiya gözləntilərinin yüksəlməsi qərara təsir edib.

Elman Rüstəmovun sözlərinə görə, qərara təsir edən əsas daxili amillərə isə pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi olub:

“Statistikaya əsasən, sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT