"Amazon"un xalis mənfəəti ikiqat azalıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Amazon”un son üç ayda xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.

İndex.az xəbər verir ki, bunu şirkətin cümə axşamı dərc olunan maliyyə hesabatları götərir.

Ötən rübdə (iyul-sentyabr) şirkətin xalis mənfəəti cəmi 3,2 milyard dollar olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 6,3 milyard dollar təşkil etmişdi.

Əməliyyat gəlirləri də 6,2 milyard dollardan 4,9 milyard dollara qədər əhəmiyyətli dərəcədə azalıb.

Amazon iqtisadi göstəricilərdəki bu azalmanı maaşların artırılması, daşınma tarifləri və təchizat zəncirindəki problemlərlə bağlı xərclər səbəbindən şirkətin inkişafına geniş investisiya qoyuluşu ilə əlaqələndirir.

"Qısa müddətdə bu bizə baha başa gələcək, lakin bu, istifadəçilərimiz və tərəfdaşlarımız üçün düzgün prioritetdir" - "Amazon"un baş direktoru Andy Jesse bildirib.

Payızın əvvəlində "Amazon" elan edib ki, şirkət pərakəndə satış, bulud və reklam sahəsində tələbatı ödəmək üçün daha çox işçiyə ehtiyacı var. Şirkətin növbəti bir neçə ay ərzində 55 min nəfəri işə götürəcəyi gözlənilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT