Polis sürücülərdən qanunsuz tibbi arayış tələb edir? - VİDEO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakıda səhərin erkən saatlarında mağazalara çörək daşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur. Çörək sexinin sahibi iddia edir ki, yol polisi onların çörəyi mağazalara çatdırmasına mane olur. Sürücülərin tibbi arayışı olmadığından onların avtomobilləri cərimə meydançasına aparılır. Bəs qanun nə deyir? Yol polisi sürücüdən tibbi arayış tələb edə bilər?

İndex.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.

O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

Sürücülərin reysqabağı tibbi arayışları olmadığından Söhrab Cabbarov iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.
Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.
Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT