İlon Mask vergi ödəmək əvəzinə Marsa adam göndərmək istəyir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

ABŞ-da “milyarderlərə vergi” təklifi SpaceX və Tesla şirkətlərində pay sahibi olan sahibkar İlon Maskın xoşuna gəlməyib.

İndex.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Demokratik Partiyası iqtisadiyyata yeni trilyonlarla inyeksiya üçün milyarderlərə xüsusi verginin tətbiqini təklif edib. Bu zaman onların sərvətlərinin artımı vergiyə cəlb olunacaq.

“Washington Post” qəzetinin jurnalisti Kristian Davenport “Twitter”də qeyd edib ki, ABŞ Konqresi demokratların “milyarderlər üçün vergi” təklifini qəbul etsəydi, Mask və “Amazon” şirkətinin rəhbəri Ceff Bezosdan tutulan vergi Marsa insan göndərmək üçün kifayət edər.

İlon Mask isə buna şərh verərək yazıb:

“Mənim planım bəşəriyyəti Marsa aparmaq və insan şüurunun işığını hifz etmək üçün pul xərcləməkdir”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT