“Bank Avrasiya” 2,8 milyon manat zərərdədir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya” aktivlərini 1,6% - 157,198 milyon manata qədər azaldıb.

İndex.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 117,073 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4% - İF) təşkil edib. İstehlak kreditləri 3,605 milyon manat (azalma 51,9%), biznes kreditləri 70,382 milyon manat (artım 9,9%), daşınmaz əmlak kreditləri 43,086 milyon manat (artım 4,8%) məbləğində qiymətləndirilir.

Bankın öhdəlikləri 88,966 milyon manat (artım 0,5%) təşkil edir.

Bankda depozitlər 43,476 milyon manata (azalma 1,3%), əhalinin əmanətləri 36,331 milyon manata (artım 2,1%) bərabərdir.

Sentyabrın sonuna “Bank Avrasiya”nın kapitalı 68,231 milyon manat (azalma 4,1%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.

9 ay ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis zərəri 2,798 milyon manat (ötən ilin müvafiq dövründə 195,57 min manat məbləğində mənfəətə qarşı) təşkil edib.

“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.




©Interfax

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT