Acun Ilıcalı İngiltərə klubunu alır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

İndex.az xəbər verir ki, TV8 kanalının rəhbəri “Hall Siti”yə maraq göstərir.

52 yaşlı biznesmen Çempionşip təmsilçisini alıb, komandanı yenidən Premyer Liqaya yüksəltmək niyyətindədir. O, “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, İngiltərədə son olaraq “Nyukasl” Səudiyyə Ərəbistanı dövlət investisiya fondu tərəfindən alınıb.




©APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT