Kriptovalyuta kimi dolları da sərbəst alıb-satıb gəlir qazanmaq olar?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dünyada kriptovalyutaya maraq səviyyəsi, eləcə də bu rəqəmsal valyutaya investisiya qoyan ictimai fiqurların, şirkətlərin sayının artması onun dəyərini artırıb, eləcə də kriptovalyuta əməliyyatlarının dairəsini genişləndirib.

Ölkəmizdə də kriptovalyutanın alqı-satqısı ilə məşğul olmaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, əgər kimsə hansısa bir formada sahibkarlıq və ya biznes fəaliyyəti ilə məşğuldursa, o mütləq şəkildə dövlətə gəlir vergisi ödəməlidir. Buna görə də kriptovalyutanın alqı-satqısından gəlir qazanırsınızsa, deməli vergi ödəməlisiniz.


Bəs, qanunda nəzərdə tutulmuş qaydada ölkəmizdə bu valyuta növünün alqı-satıqısına görə nə qədər vergi ödəməlisiniz?

Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Yəni, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən 14 faiz dərəcəsi ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmamaq şərti ilə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə müvafiq ödəniş etməlidir.

Əgər siz bu əməliyyatı icra edib gəlir vergisi ödəmirsinizsə, o zaman sizi Azərbaycan qanunvericiliyə uyğun olaraq məsuliyyət gözləyir. Ən azından bu fəaliyyətiniz üzə çıxana qədər.

Məlum olduğu kimi kriptovalyuta rəqəmsal valyuta hesab edilir. Belə olduğu halda sual yarana bilər - əgər gəlir vergisi ödəməklə rəqəmsal valyutanın alqı-satqısı ilə məşğul olmaq mümkündürsə, nəyə görə digər valyutaların da alqı-satqısı ilə məşğul olmaq mümkün olmasın?

Tutaq ki, qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar VÖEN əldə edib, 1 dolları 2 manata satıram, amma buna görə dövlətə gəlir vergisi ödəyirəm.

Bizə bunu etməkdə nə mane olur?

Burada situasiya müəyyən qədər qəlizdir. Məsələ orasındadır ki, kriptovalyutanın Azərbaycan qanunvericiliyindəki yeri xüsusi bir maddə ilə müəyyən olunmayıb. Onun valyuta və ya əmtəə olması tam bəlli deyil. Əgər o valyuta hesab olunacaqsa, ona qanunvericiliyin müvafiq hissəsi tətbiq oluna bilər ki, bununla da həmin fəaliyyət növü lisenziyalaşdırılmış hesab edilə bilər. Əks halda ona əmtəə kimi baxılacaqsa, hazırkı kimi gəlirdən vergi ödəməklə alqı-satqısını etmək olar. Hazırda bu qeyri-müəyyəndir. Lakin istənilən halda bu valyuta növünə qanunvericilikdə valyuta kimi yanaşıb onun alqı-satqısına görə gəlir vergisi ödəməklə həyata keçirmək mümkün olacaqsa, bu digər valyutaların alqı-satqısında da mümkün olmalıdır. Bu cəhətdən, rəqəmsal valyutaların, o cümlədən kriptovalyutaların bazara daxil olması gələcəkdə köklü dəyişikliklərə, hətta bir çox stereotiplərin qırılmasına səbəb ola bilər.
Kriptovalyuta kimi dolları da sərbəst alıb-satıb gəlir qazanmaq olar?

Hazırda valyuta alqı-satqısı qanunda lisenziyalaşdırılan fəaliyyət növü kimi qeyd olunub. Buna müvafiq təsisatlar, maliyyə fəaliyyəti ilə məşğul olan lisenziyalaşdırılmış qurumlar baxır. Ölkəmizdə xarici valyutanın alınması, satılması və dəyişdirilməsi fəaliyyəti lisenziya almış rezident hüquqi və fiziki şəxslər, eləcə də qeyri-rezident hüquqi şəxslərin filialları tərəfindən həyata keçirilə bilər.

Kriptovalyutanın alqı-satqısını rahat şəkildə gəlirdən vergi ödəməklə həyata keçirə bilməyimizə səbəb bunun lisenziyalaşdırılmış fəaliyyət olmaqla yanaşı, yerli qanunvericilikdə bu fəaliyyəti tənzimləyən xüsusi bir qanunun olmamasıdır. Buna görə də onu bazardakı tələbata görə istədiyiniz qiymətə ala və ya istədiyiniz qiymətə sata bilərsiniz.

Hazırda rəqəmsal valyutaların ölkə qanunvericiliyində “yeri” müəyyənləşməyib, belə olduğu halda gələcəkdə onun alqı-satqısının hansı formada təşkil ediləcəyi qeyri-müəyyəndir.



©Oxu.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT