Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Hazırda Şuşada tullantıların yığılması işi davam etdirilir və müvəqqəti müvafiq yer Daşaltı kəndinin yaxınlığında yerləşir. Orada poliqonun tikilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq”.

İndex.az xəbər verir ki, bunu açıqlamasında “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

O bildirib ki, sözügedən şəhərdə poliqonun yaradılması üçün torpaq sahəsi ayrılmalıdır:

“Şuşa ətrafı meşəlik ərazidir. Poliqonun salınması üçün lazım olan düzənlik sahəni axtarıb tapmaq lazımdır. Nazirlik tərəfindən müəyyən yer ayrılarsa, işimizi qurarıq. Alternativ olaraq, müvafiq yerin tapılması üçün əraziyə özümüz də baxırıq”.

“Şuşada hər hansı emal müəssisəsinin yaradılmasını da nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq. Tullantıları həmin müəssisədə emal edək”, - deyə sədr qeyd edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT