"Coca-Cola"nın bəzi məhsullarında defisit yaranacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Coca-Cola cari ilin 3-cü rübün nəticələrini açıqlayıb.

İndex.az xəbər verir ki, şirkətin satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq, 10,04 milyard dollara çatıb.

Pandemiyadan sonra restoran və kinoteatrların açılması da satışların artımına müsbət təsir edib. Qazlı içkilərdə artım 6%, o cümlədən Coca-Cola markasında 5%, Sprite və Fanta markalarında 7% təşkil edib.

Şirələr, süd məhsulları və bitki tərkibli içkilərdə satış 12%, idman içkilərində 5%, Costa markalı kofelərdə 19% böyüyüb. Əməliyyat marjası 30%-ə çatıb, xalis mənfəət 42% artaraq, 2,47 milyard dollar təşkil edib.

Coca-Cola 2021-ci il üzrə ümumi gəlir artımının 13-14% olacağını proqnozlaşdırır. Bununla belə, bir sıra xammal və məhsullarda həm təchizat problemləri, həm qiymət artımı xərcləri də yüksəldib. Bu baxımdan, baş direktor Ceyms Kuinsey 2022-ci ildə bəzi məhsullarda defisit yaranacağını, məcburi qiymət artımlarına getməyin mümkün olduğunu bildirib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT