Türkiyənin böyük proqram şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir - MÜSAHİBƏ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Univera şirkətinin Baş direktoru Merthan Kaleli ilə müsahibə.

Merthan Kaleli İzmirin “Doqquz Eylül” universitetində İqtisadiyyat sahəsi üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra uzun illər satış və bazarlama sahəsində göstərdiyi yüksək səviyyəli müvəffəqiyyətlərə görə, bu sahələrdə idarəetmə sahəsində önə çəkilib, son olaraq İdarə Heyətinin baş məsləhətçisi vəzifəsində çalışıb. Əvvəllər Xerox, Ericsson və Cominic kimi bütün dünyada məşhur olan şirkətlərin idarə heyətinin sədri və direktoru kimi vacib starteji vəzifələrini öz üzərinə götürüb. 2005-2012-ci illərdə Microsoftun Birləşmiş Ərəb Əmirliklərində “Pərakəndə Satış və Bazarlama Lideri” vəzifəsini layiqincə yerinə yetirib. 2013-2019 –cu illərdə Souqpal Fzco şirkətinin direktoru vəzifəsində işləyən Merthan Kaleli , 2019-cu ildən Univera və Univisin şirkətləşmə strategiyasına uyğun olaraq, şirkət daxilindəki bütün proyektlərə liderlik edir.

-Türkiyənin ən böyük proqram şirkətlərindən olan və dünyada özünəməxsus yeri olan Univera şirkətinin Azərbaycan bazarına maraq göstərdiyini, Azərbaycanda bayilik verərək, ofis açdığını eşitdik. Şirkətinizi Azərbaycandakı iş adamlarına necə tanıdardınız? Bir neçə kəliməylə, Univera nədir?

-Univera şirkəti 1992-ci ildə Türkiyədə qurulmuşdur. 1992 -ci ildən bəri, Panorama həlli ilə müştərilərimizin satış, logistika və servis iş proseslərini rəqəmsallaşdırmağa imkan verən bir proqram istehsal etməkdəyik. Yenilikləri daim izləyərək Ar -Ge sahəsinə sərmayə qoyan dinamik bir şirkətik.

Univera tərəfindən təmin edilən proqram təminatı - Panorama sistemi 16 ölkədə fəalliyyət göstərir. Bundan əlavə, həll qlobal arenada da özünü sübut etdi. Bağımsız bir araşdırma və beynəlxalq konsultasiya təşkilatı olan POI (Tanıtım Optimizasyonu İnstitutu) tərəfindən hazırlanan 2021 -ci il Pərakəndə Satış İdarə etməsi hesabatında bu il də daxil olmaqla 5 -ci dəfə yer tutdu.

Univera Panorama ilə 2019 -cu ildə "Top 10 Logistics Tech Solution Providers" araşdırması çərçivəsində də hesabatda yer aldı.

-Azərbaycandakı indiyədək olan fəaliyyətiniz haqda qısaca məlumat verərsinizmi?

-Azərbaycanda 2010 -cu ildən fəaliyyət göstəririk. Xüsusi ilə diler distribyutorluğu olan və FMCG sektorunda fəaliyyət göstərən şirkətlər Panorama həllindən istifadə edirlər. Azərbaycandakı müştərilərimiz çox kanallı satış idarəetmə həlli olan EnRoute ilə sahə satış əməliyyatlarını, sifarişlərini, hesab-fakturalarını və toplama proseslərini idarə edirlər. Satış əməliyyatlarının rəqəmsallaşdırılması ilk növbədə səhv nisbətinin azalmasını və əməliyyatların daha sürətli olmasını təmin edir. Bu gəlirlər səmərəlilik və qənaət baxımından şirkətlər üçün faydalara çevrilir.

Həm də Azərbaycanda səlahiyyətli bir lokal nümayəndəliyimiz var. Bakıdan Azərbaycan türkcəsi, rusca və ingiliscə dəstək xidmətlərimizi təklif edirik.

Azərbaycanda önəmli layihələrimiz FMCG və avtomobil sektorundadır. “Efes Pilsen Azərbaycan”, “Səba Broyler” və BMC ilə fəaliyyətlərimiz uğurla davam edir.

-Univera Azərbaycan bazarını necə görür, nələr gözləyir və azərbaycanlı iş adamı Univeradan nə gözləməlidir?


-Rəqəmsallaşma son illərdə önəmli və vacib bir məsələdir. Azərbaycanın yaşadığı texnoloji inkişafı da müşahidə edirik və bu sahədə rol almağı hədəfləyirik. Univera olaraq Azərbaycanda görəcəyimiz işlər vizyonumuzla uyğundur.

Xüsusilə, korporativ rəqəmsallaşma, təşkilatların işlərini daha səmərəli şəkildə yerinə yetirmələrini təmin edən və nəticədə xərc və gəlirlilik baxımından üstünlüklərə sahib olan bir dönüşümdür. Biz Univera olaraq 30 ildir ki, bu dönüşümü həyata keçiririk. Rəqəmsal ekosistemə üstünlük veririk və öz biliklərimizi qardaş ölkəmiz Azərbaycana çatdırmaq üçün fəaliyyətlərimizi genişləndiririk.

-İlk baxışdan sadəcə FMSG sektoruna aid proqramlarınız olduğu görünsə də, müştəriləriniz arasında BMC, SUZUKİ kimi şirkətlər də var. Bu da onu deməyə əsas verir ki, Univera bir çox sahədə xidmət göstərə bilir. Bu cür dünya devi olan firmalara Univera hansı proqram dəstəklərini verir?


-Panoramanın “Çox Kanallı Satış İdarəetmə həlli”- olan EnRoute sektorun ən tanınmış satış və logistika avtomatlaşdırma sistemidir. Nestlé, Efes, Mondelez, Reckitt Benckiser, Johnson Wax, L'oreal, Evyap kimi bir çox qlobal FMCG şirkətləri EnRoute həllimizi istifadə edirlər. O cümlədən də, siz dediyiniz şirkətlərlə fərqli sahələrdə iş birliyimiz var.Məsələn, Türkiyənin şin sənayesində lider markası olan Brisa, Panorama ilə anbarlarını və diler şəbəkəsini idarə edir. BMC, EnRoute Çox Kanallı Satış İdarəetmə həlli ilə satış nöqtələrinin nəzarətini həyata keçirir. Anadolu Motor, Panorama ilə bir çox iş prosesinin idarə olunmasını təmin edir. Suzuki-də, Layihədə Çox Kanallı Satış İdarəetməsini EnRoute ilə , Satış Sonrası Xidmətlərin İdarəetməsi isə CallDesk həlli ilə reallaşdırdıq. Azərbaycanda BMC CallDesk həlli ilə avtobusların texniki xidmət və təmir prosesini idarə edir.

-Avtomobil sektorundakı fəaliyyətlərinizdən məlumat verərsinizmi?


-Univera olaraq avtomobil sənayesindəki müştərilərimizə təklif etdiyimiz xidmətlərlə bazarda mövqelərini gücləndirmələri üçün dəstək veririk. Bu qeyd etdiyimiz şirkətlərin çox işinə yarayır. Yuxarıda da dediyim kimi, şin sahəsində Brisa, avtomobil sahəsində BMC, Anadolu Motor, Suzuki kimi şirkətlər Panoramadan iş proseslərinin idarə olunması üçün yardım alır. Azərbaycanda isə BMC CallDesk həlli ilə avtobusların texniki xidmət və təmir prosesini idarə edir.

-Univera neçə modulla, daha sadə desək, hansı sahələr üzrə asan həllər təklif edir və bu asan həllər azərbaycanlı iş adamına nələr verəcək?


- Univera tərəfindən idarə olunan bütün proqram həllərinin işlədiyi platforma olan Panorama, 6 fərqli həll yolu ilə satış, logistika və xidmət məsələlərində həll təklif edir. Satınalma, istehsal, anbar, logistika, satış, iş ortağı, sahə komandaları və servis iş ortaqlarının idarəetmə prosesləri fərdi və ya bütövlükdə Panorama ilə idarə oluna bilər.

-İndiyə qədər hansı xarici ölkələrdə layuhələriniz olub? Bunlardan hansılar davam edir?

-Çox geniş bir coğrafiyada xidmət edirik. Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Qazaxıstan, Kipr, Moldova, Ukrayna, Qırğızıstan, Tacikistan, Rusiya, İraq, Qətər, Macarıstan, Polşa və Amerikada layihələrimiz uğurla davam etməkdədir.

-Bir neçə modulunuzdan eyni anda istifadə edən şirkətlər varmı?


-Bəli var. Əslində Panorama daha çox tək bir həll sistemi olaraq istifadə olunur. Ancaq fərdi modullardan istifadə edən müştərilərimiz də var. Hansı modulun prioritet olacağı iş ehtiyaclarından asılıdır.

-Əgər şirkət mühasibat və digər işlər üçün başqa ERP proqramları işlədirsə, Univeranın proqramları bu proqramlarla bərabər işləyir və inteqrasiya olunurmu? Bu halda problemlər ortaya çıxmır ki?


-Panorama çevik bir quruluşa malikdir. ERP və digər mühasibat proqramları ilə sürətli və problemsiz şəkildə inteqrasiya olunur. Panorama'nın bütün həlləri ilə istehsaldan satış sonrası xidmətə qədər bütün iş prosesləri rəqəmsal olaraq idarə edilə bilər.

-Azərbaycanda və dünyadakı bütün işlərinizdə sizə uğur və müvəffəqiyyət arzulayırıq. Müsahibə üçün təşəkkür edirik. Çox sağ olun Merthan bəy.




©Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT