İşsizlikdən Sığorta Fondunun büdcəsi 23 milyon manata yaxın artırılır

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2022-ci il üçün gəlirləri və xərcləri açıqlanıb.

İndex.az xəbər verir ki, bu, “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 180,376 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 22,606 milyon manat və yaxud 14,3% çoxdur.

Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 157,769 milyon manat proqnozlaşdırılıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT