"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti ikiqat artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Ziraat Bank Azərbaycan" ASC 2021-ci ilin 9 ayını 3 milyon 899 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Bank 2020-ci ilin 9 ayını 1 milyon 940 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması gəlirlərin artması və xərclərin azalmasından qaynaqlanır.

İndex.az Bankın hesabatına istinadən xəbər veri ki, 2021-ci ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 434 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 138 min manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar 2 milyon 765 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 531 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 291 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 341 min manat mənfəət vergisi ödəyib. Beləliklə, "Ziraat Bank Azərbaycan" ASC 2021-ci ilin 9 ayını 3 milyon 899 min manat xalis mənfəət ilə başa vurub.

Xatırladaq ki, 2020-ci ilin 9 ayında “Ziraat Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 342 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 660 min manat, faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar 1 milyon 207 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 475 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 2 milyon 232 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış, 303 min manat mənfəət vergisi ödəmişdi. Nəticədə, "Ziraat Bank Azərbaycan" ASC həmin dövrü 1 milyon 940 min manat xalis mənfəət ilə bağlamışdı.









©Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT