Dövlət büdcəsi ƏDV-dən bu qədər gəlir götürəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2022-ci ildə Azərbaycan dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 5,279 mlrd. manatın daxil olacağı gözlənilir.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununda deyilir. Sözügedən məbləğin 2,910 mlrd. manatı Dövlət Vergi Xidməti xətti ilə, 2,369 mlrd. manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olması gözlənilir. Beləliklə, ƏDV üzrə ümumi daxilolmalar gözlənilən büdcə gəlirlərinin 19,7%-inə bərabər olacaq.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinə ƏDV üzrə 2,509 mlrd. manat daxil olub və bu büdcə gəlirlərinin 21,3%-ni təşkil edib. Daxilolmaların 1,127 mlrd. manatı Dövlət Vergi Xidməti payında, 1,382 mlrd. manatı isə Dövlət Gömrük Komitəsinin payına düşüb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT