Dövlət borclanmasının yuxarı hədləri açıqlandı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn il Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 0,6 milyard manat təşkil edəcək.

İndex.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, il ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi 0,8 milyard manat təsdiq edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT