Səhiyyə sahəsinə 2 milyard manat ayrıldı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 788 619 634,0 manat vəsait ayrılıb.

İndex.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 1 664 544,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726,0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda səhiyyə üçün ayrılan vəsaitdən 1 125 674 629,0 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT