“Renault” avtomobilini mini-hotelə çevirdi - FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Renault” şirkəti avtomobilini hotel otağına çevirərək, klassik model əsasında “Suite №4” konseptini təqdim edib.

İndex.az xəbər verir ki, prototip üzərində dizayner Matye Leanne işləyib.

Avtomobilin kuzov panelləri polikarbonat materialla əvəz edilib, yuxarı hissədə isə günəş batareyaları quraşdırılıb. Salon parça və məxmərlə işlənib, eyni zamanda açılıb-bağlanan skamya ilə təchiz edilib. Konsept-kar elektrikli mühərrik alıb.


Xatırladaq ki, “Renault” 1961-ci ildən 1992-ci ilə qədər yalnız ucuz və universal avtomobillər istehsal edib. 2021-ci ildə modelin 60 illik yubileyi çərçivəsində klassik “Renault 4” əsasında yeni konsept təqdim edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT