“Tesla” bitkoindən 1 milyard dollardan çox qazanıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Milyarder İlon Maskın əsasını qoyduğu “Tesla”nın bazar dəyəri bitkoinin kəskin bahalaşmasından sonra 1 milyard dollardan çox artıb. Bəzi mənbələrə görə, şirkət BTC-yə 1.5 milyard dollar sərmayə qoyub. Hazırda dünyanın ilk kriptovalyutasının məzənnəsi maksimum həddə çatıb.

İndex.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, bu gün avtomobil istehsalçısı 43 min bitkoinə sahibdir ki, bu da kəskin artımdan sonra 2.6 milyard dollar deməkdir. Ümumi məbləğ milyarderin özünün qoyduğu sərmayədən 65 faiz və ya 1 milyard dollar çoxdur.

Maskın ən gəlirli ili

“Bloomberg”in milyarderləri reytinqi Maskın sərvətini 236 milyard dollar olaraq qiymətləndirir, bu da onu Bill Qeyts (130 milyard dollar) və Uorren Baffetdən (102 milyard dollar) önə çəkərək, dünyanın ən varlı insanına çevirir.

2021-ci ildə İlon Mask 60 milyard dollar varlanıb. Xatırladaq ki, sahibkar “Tesla” ilə yanaşı “SpaceX”in də baş direktorudur. Buna baxmayaraq, Mask əsas kapital qazancını kriptovalyutalara investisiya etməklə əldə edib. BTC ilə yanaşı, o, digər kriptovalyutaları da aktiv şəkildə reklam edir və bundan pul qazanır.

Bəzi investorlar onu tənqid etsə də, unutmamalıyıq ki, böyük pullar böyük pul qazandırır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT