Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır - XƏBƏRDARLIQ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Paytaxtın H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətində əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

İndex.az xəbər verir ki, bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, paytaxtın Nərimanov rayon ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız, yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.

Qanunla nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb.

“Bu məqsədlə 26 sentyabr 2021-ci tarixində, saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətində əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilir.

Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, deyilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, - deyə məlumatda qeyd edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT