Bu smartfonlarda “WhatsApp” işləməyəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabrın 1-dən etibarən “WhatsApp” messenceri Android 4.0.1 və daha köhnə versiyalara əsaslanan smartfonların dəstəyini dayandırır.

İndex.az xəbər verir ki, bu barədə rəsmi saytda məlumat verilib.

Xidmətdən istifadə etməyə davam etmək üçün Android versiyasını yeniləmək, mümkün deyilsə yeni smartfon almaq lazım olacaq. İnkişafetdiricilər xatırladırlar ki, “WhatsApp” həmçinin iOS 10 və daha yeni versiyalarla işləyən “iPhone”larda işləyəcək.

Ümumilikdə, onlarla smartfon “WhatsApp”ı dəstəkləməyəcək. Onlar sırasında bir neçə “iPhone” modeli, “Sony”, “ZTE”, “LG” və digərləri var.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT