ABB-nin rəhbərliyinə təyinatlar

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

25 oktyabr 2021-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Bankdan Index.az-a daxil olmuş məlumatda bildirilir ki, yığıncaqda ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib.

Səhmdarların ümumi yığıncağında Şahmar Mövsümov yenidən bankın Müşahidə Şurasının sədri təyin edilib.

Yığıncaqda İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən bu vəzifəyə təyin olunub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT