“Facebook” nə qədər gəlir əldə edib?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin üçüncü rübündə “Facebook” şirkətinin gəliri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artıb.

İndex.az xəbər verir ki, müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.

Sentyabrın 30-da başa çatan üç aylıq dövrdə “Facebook”un gəliri 29 milyard ABŞ dolları olub. 2020-ci ilin üçüncü rübünün sonunda şirkət 21,4 milyard ABŞ dolları gəlir əldə edib.

Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 9,19 milyard ABŞ dolları olub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT