Mahaçqaladan Azərbaycana aviareyslər bu tarixdə açılacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindən Azərbaycana aviareyslər açılacaq.

İndex.az xəbər verir ki, bu barədə Dağıstan Turizm və Xalq Yaradıcılığı Sənəti Nazirliyindən məlumat verilib.

Yeni reyslərin 2022-ci ilin yayında açılacağı bildirilir. Bu ilin avqustunda Mahaçqala aeroportunun yeni beynəlxalq terminalının istifadəyə verilməsi ilə respublikadan bir çox ölkələrə uçuşlar başlanıb.

Gələn ildən Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Belarus və digər ölkələrə də reyslərin təşkili gözlənilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT