Gömrük və vergi daxilolmaları 9.5 milyard manatı keçdi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354.4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 66.7 milyon manat və ya 20.2%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681.6 milyon manat və ya 12% çoxdur.

Index.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin vəsaitin 73.9%-i və yaxud 4 milyard 692.8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442.8 milyon manat və ya 10.4% çox olub.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 193.2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 352.2 milyon manat və ya 12.4%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 238 milyon manat və ya 8.1% çoxdur.

Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birlikdə proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard 418.9 milyon manat cəlb ediblər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT