BVF: AMB-nin valyuta ehtiyatları ilin sonuna 7 mlrd. dolları keçəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6,9 mlrd. ABŞ dolları təşkil edəcək.

İndex.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir. Ehtiyatların 2022-ci ildə isə 7,1 mlrd. dollara çatacağı gözlənilir.

Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7,043 mlrd. ABŞ dollar təşkil edib. Bu, 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT