Hər 1000 nəfərə neçə avtomobil düşür?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı 5 ədəd artaraq 148-ə, hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 5 ədəd artaraq 127-yə yüksəlib.

Index.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 2 ədəd artaraq 56-ya yüksəlib.

2019-ci illə müqayisədə 2020-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 55 min 159 ədəd artaraq 1 milyon 473 min 563 ədədə çatıb. O cümlədən minik avtomobillərinin sayı 50 min 449 ədəd artaraq 1 milyon 264 min 542 ədədə, yük avtomobillərinin sayı 4 min 112 ədəd artaraq 154 min 659 ədədə, motosikllərin sayı 525 ədəd artaraq 4594 ədədə yüksəlib. Avtobusların sayı 26 ədəd azalaraq 30 min 757 ədədə düşüb. (Marja)

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT