Deputat: "Ali Attestasiya Komissiyası nifaq yuvasına çevrilib"

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Saxta dissertasiya işləri ilə bağlı bizə xeyli müraciətlər daxil olur".

Index.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Etibar Əliyev deyib.

O bildirib ki, Azərbaycanda dissertasiya işi işgəncə prosesinə bənzəyir.

Deputatın sözlərinə görə, Ali Attestasiya Komissiyasında xeyli dissertasiya işi var, ancaq onlar yığılıb qalıb və rəy verilməsi gecikir.

“Ali Attestasiya Komissiyası nifaq yuvasına çevrilib. Azərbaycanda təsdiq olunan dissertasiya işləri isə nə Avropaya, nə də ABŞ-a göndərilir. Onlar hamısı postsovet məkanına göndərilir”, - deyə deputat əlavə edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT