Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artıracaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 mlrd. kubmetrə qədər artırmağı planlaşdırır.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi çərçivəsində ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub və bu göstəriciyə gələn il çıxması nəzərdə tutulub. Bu əməliyyatlar çərçivəsinə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulub.

Energetika naziri bildirib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 mlrd. kubmetr həcmində ("Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində – red.) əlavə qaz tədarükü barədə razılıq da əldə edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT