Vergi daxilolmaları 12% artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttiylə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub, proqnoza 120,2 % əməl edilib.

İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatda müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12 % və ya 681,6 milyon manat artıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT