Azərbaycanlılar lirənin çökməsindən maksimum istifadə edir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1020 mənzil alıblar.

Index.az xəbər verir ki, 2020-cu ilin eyni dövründə Azərbaycan vətəndaşları Türkiyədə 883 mənzil almışdılar.

Təkcə avqustda Azərbaycan vətəndaşları tərəfindən 162 mənzil alınıb.

Azərbaycan vətəndaşları Türkiyədə mənzil alan xaricilər arasında 8-ci yerdədir.

Azı 250 min dollarlıq daşınmaz əmlak alanlara vətəndaşlıq verilən Türkiyədə xaricilərə satış sentyabrda illik 25.8% artıb və 6 min 630 ədəd ilə rekord qırıb. Yanvar-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə artım 43.2% olub. Türk lirəsinin dəyərdən düşməsi xaricilərə daşınmaz əmlak satışlarının artmasına səbəb olur.

Türkiyə hökumətinin azı 250 min dollarlıq daşınmaz əmlak satın alanlara vətəndaşlıq verilməsini nəzərdə tutan qanunu qüvvəyə mindikdən sonrakı 3.5 ildə xaricilər Türkiyədə cəmi 140 min 730 ədəd daşınmaz əmlak satın alıblar. (Marja)

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT