Qeyri-qanuni daşımalara qarşı sərt tədbirlər görüləcək - XƏBƏRDARLIQ

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlərə başlayıb.

İndex.az DYP-yə istinadən xəbər verir ki, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan