Metal biznesində birləşmə

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Metal Production" MMC qoşulma şəklində yenidən təşkil olunur.

Index.az xəbər veri ki, buna səbəb "Sum Metal" MMC və "Təmirmaş-2" MMC şirkətlərinin "Metal Production" şirkətinə qoşulmasıdır.

"Sum Metal" MMC-nin və "Təmirmaş-2" MMC-nin bütün hüquq və vəzifələri "Metal Production" MMC şirkətinə keçir.

"Sum Metal" armaturların istehsalı ilə məşğul olan müəssisədir. Sumqayıtda yerləşən "Təmirmaş-2" isə metal konstruksiya və xüsusi sənaye avadanlıqlarının istehsal müəssisəsidir. "Metal Production" isə metal məhsullar təklif edir.

"Metal Production" MMC 2021-ci ilin İyul ayında 10 manat kapital ilə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 12A-dır.

2017-ci ildən fəaliyyət göstərən "Sum Metal" şirkəti 653 min 929 manat, 2008-ci ildən fəaliyyət gəstərən "Təmirmaş-2" isə 20 manat nizamnamə kapitalına malikdir. (Marja)

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT