Qiymətli metallar və qiymətli daşlara dair dövlət standartları təsdiqlənib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması üçün beynəlxalq standartların son versiyaları əsasında, AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları” və AZS ISO 18323:2021 “Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inamı” dövlət standartları təsdiq edilib.

Bu barədə İndex.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Standartları “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyib, Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartların tətbiqi zərgərlik sənayesində istifadə olunan qiymətli metalların ərintilərinin əyarlarını, almaz, emal olunmuş almaz, sintetik almaz, kompozit almaz və almaz imitasiyalarını təsvir etmək üçün təlimatları müəyyənləşdirməyə xidmət edəcək.

Standart layihələrinin müzakirəsində Dövlət Xidmətinin, “AzərGold” QSC-nın, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurumların mütəxəssisləri iştirak edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT