Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin oktyabrında Bakıda keçirilməli V Beynəlxalq bankçılıq forumunun (BBF) vaxtı naməlum səbəblərə görə dəyişdirilib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən məlumata görə, forum real və onlayn tədbirlərin bütün imkanlarını özündə birləşdirməklə hibrid formatda 8-9 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl forumun cari ilin 7-8 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulurdu. ABA forumun vaxtının dəyişdirilməsinin səbəbini açıqlamayıb.

İkigünlük tədbir Bakıda illik əsasda keçirilən iki tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiri hesab olunur.

Forum rəhbər tənzimləyicilər, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, yerli səfirliklər, tanınmış şirkətlər, qərarqəbuledicilər və inflüenserləri bir araya gətirəcək.

Forumda rəqəmsal bank, innovativ ödəniş ekosistemi, rəqəmsal valyutalar, blokçeyn texnologiyası, elektron ticarət, kibertəhlükəsizlik və s. mövzulara dair çıxışlar nəzərdə tutulub.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT