Türkiyəli iş adamları Azərbaycana işgüzar səfər edəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Oktyabrın 12-də türkiyəli iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir.

İndex.az xəbər verir ki, səfər çərçivəsində pandemiya qaydalarına riayət etməklə şirkətlər azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüşəcək, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcəkdir. Səfər çərçivəsində türk fabrik sahiblərinin yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə iştirak ödənişsiz olacaq və layihə ilə maraqlanan COVID pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə biləcəklər. Bundan əlavə, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.

Layihə Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən təşkil olunur, Azərbaycan İqtisadiyyat Nazirliyi, Azpromo, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən dəstəklənir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT