SOCAR 1 ton nefti neçə manata istehsal edir? - RƏQƏMLƏR

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc olunan şirkətin 2020-ci il ərzində illik hesabatında deyilir.

Hesabata əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4,0 % azalıb.

Məlumata görə, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir.

Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan